"Qalatasaray" çempionluq yarışına daxil ola bilmədi

Futbol üzrə Türkiyə Super Liqasında XXIX turun mərkəzi görüşü "Başakşehir" və "Qalatasaray" komandaları arasında keçirilib.

Newspress.az xəbər verir ki, İstanbuldakı "Fatih Terim" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1. 

Hesabı 51-ci dəqiqədə meydan sahiblərindən Daniel Aleksiç açıb. 67-ci dəqiqədə isə Emre Akbaba "sarı-qırmızılar"ı məğlubiyyətdən xilas edib. 85-ci dəqiqədə "Başakşehir"dən Edin Vişça ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Lakin "Qalatasaray" qalan dəqiqələrdə say üstünlüyündən yararlana bilməyib. 

Bu nəticədən sonra "Başakşehir" 60 xalla liderliyini davam etdirib. Qələbə həsrəti 5 oyuna çatan "Qalatasaray" isə 52 xalla 4-cü pillədədir. Sona 5 tur qalmış "Trabzonspor" 58 xalla 2-ci, "Sivasspor" 53 xalla 3-cüdür. "Beşiktaş" 50 xalla 5-ci, "Fənərbağça" isə 46 xalla 6-cı pillədə qərarlaşıb.   




Tarix: 2020-06-29 08:48:58 Oxunub: 43 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR