"Real Madrid" Barselonada liderliyə yüksəldi

İspaniya La Liqasında XXXII turun növbəti oyunları keçirilib.

Newspress.az xəbər verir ki, turun 4 qarşılaşması baş tutub.

“Levante” məhsuldar keçən oyunda “Betis”i 4:2 hesabı ilə yenib. “Vilyarreal” “Valensiya”nın qapısından iki cavabsız top keçirib.

“Qranada” öz meydanında “Eybar”a uduzub. Günə “Espanyol” və “Real” arasında duellə yekun vurulub. Barselonada autsayderi minimal hesabla məğlub edən Madrid klubu Kataloniyanın digər təmsilçisini iki xal arxada qoyub.
 
Qeyd edək ki, tura iyunun 29-da yekun vurulacaq.




Tarix: 2020-06-29 09:01:00 Oxunub: 45 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Səsvermə



REKLAMLAR