Könüllü olaraq COVID-19 testindən necə keçmək olar? - TƏBİB-dən açıqlama

Könüllü olaraq TƏBİB tərəfindən hər hansı bir laboratoriyalar müəyyənləşdirilməyib ki, burda gedib pullu test verə bilərsən. 

Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Newspress.az-a açıqlamasında bildirib. 

O qeyd edib ki, dövlət tərəfindən 3 özəl klinika ("Refarans", "Memorial" və "İnci" laboratoriyaları) müəyyənləşdirilib, xaricə səfər edəcək sərnişinlərin yoxlanılması üçün AZAL-a tövsiyyə olunmuşdu. Onlar sırf təyyarə reysləri ilə bağlıdır. Amma digərləri könüllü test verənləri də qəbul edirdilər. 

Hazırda həmin klinikalarda da testlərin dayandırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirən R.Əliyeva bununla bağlı məlumatlı olmadığını deyib: 

"İndi dayandırılması barədə mənim məlumatım yoxdur.  TƏBİB-in də elə göstərişi olmayıb. Ümumiyyətlə, TƏBİB özəl laboratoriyalara göstəriş vermir".

TƏBİB rəsmisinin sözlərinə görə, bölgələrdə COVID-19-a görə könüllü test vermək hazırda mümkün deyil:

"Bölgələrdə yaşayanlar əlamətlər olarsa, ancaq 103-ə zəng vurmaqla test etdirə bilərlər. Könüllü yəqin ki mümkün deyil." 




Tarix: 2020-06-29 11:23:11 Oxunub: 815 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR