Trampın paylaşımı "Facebook"a 7 milyard ziyan vurdu

Trampın paylaşımı Zukerberqə 7,2 milyard dollarlıq zərər vurdu.

Newspress.az xəbər verir ki, onlarla şirkət ABŞ Prezidenti Donald Trampın şiddət mövzulu paylaşımını silməyən “Facebook”dan reklamını geri götürüb. Nəticədə, şirkətə və sosial şəbəkənin rəhbəri Mark Zukerberqə külli miqdarda zərər dəyib.

Bildirilir ki, ölkədə qaradərili Corc Floydun ölümü ilə başlayan iğtişaşlarla bağlı Tramp sosial şəbəkələrdə “Yağmalanma başlasa, atəş açacağıq” statusu paylaşıb. Onun bu paylaşımı “Twitter”dən silinsə də, “Facebook”da qalıb.

Məlumata görə, bu addım Zukerberqə baha başa gəlib. Belə ki, şirkətlərin reklamı geri götürməsi ilə “Facebook”un səhmlərinin dəyəri 8,3 faiz aşağı düşüb. Mark Zukerberq isə 7,2 milyard dollar zərərə uğrayıb. Bununla da, onun varidatı 82,9 milyard dollara düşüb.




Tarix: 2020-06-30 08:33:09 Oxunub: 724 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR