5 aylıq həsrət sona çatır - Çempionlar Liqası başlayır

Mart ayından koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası bu gün bərpa olunacaq.

Newspress.az xəbər verir ki, ilk oyun günündə 1/8 finalın iki cavab oyunu keçiriləcək.

Fransada "Lion"a 0:1 hesabı ilə uduzan "Yuventus" bu dəfə rəqibi ilə Turində qarşılaşacaq. Gecənin digər görüşündə isə "Mançester Siti" Madrid "Real"ını qəbul edəcək. Öz meydanında "şəhərlilər"ə 1:2 hesabı ilə uduzan son İspaniya çempionunu çətin səfər matçı gözləyir.

7 avqust

Çempionlar Liqası

1/8 final mərhələsinin cavab oyunları

23:00. "Yuventus" (İtaliya) - "Lion" (Fransa)

İlk oyun - 0:1

23:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya)
İlk oyun - 2:1

8 avqust

23:00."Barselona" (İspaniya) - "Napoli" (İtaliya)

İlk oyun - 1:1

23:00. "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə)

İlk oyun - 3:0

1/4 final

12 avqust

23:00."Atalanta" (İtaliya) - PSJ (Fransa)

13 avqust

23:00."Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya)

14 avqust

"Barselona" (İspaniya) / "Napoli" (İtaliya) cütünün qalibi - "Bavariya" (Almaniya) / "Çelsi" (İngiltərə) cütünün qalibi

15 avqust

"Mançester Siti" (İngiltərə) / "Real Madrid" (İspaniya) cütünün qalibi - "Yuventus" (İtaliya) / "Lion" (Fransa) cütünün qalibi.

Qeyd edək ki, Çempionlar Liqasının qarşılaşmaları 1/4 finaldan "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək.




Tarix: 2020-08-07 16:09:57 Oxunub: 657 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR