"Real" və "Yuventus" mübarizəni dayandırdı - Gecənin nəticələri

Mart ayından koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası  bərpa olunub.

Newspress.az xəbər verir ki, ilk oyun günündə 1/8 finalın iki cavab oyunu keçirilib.

Fransada "Lion"a 0:1 hesabı ilə uduzan "Yuventus" bu dəfə rəqibi ilə Turində qarşılaşıb. İtaliya təmsilçisi 2:1 hesabı ilə qalib gəlsə də, bu, növbəti mərhələ üçün bəs etməyib. "Lion" səfərdə vurduğu qol sayəsində 1/4 finala vəsiqə qazanıb. Gecənin digər görüşündə isə "Mançester Siti" Madrid "Real"ını qəbul edib. Səfərdə 2:1 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi cavab oyununda da eyni hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.


7 avqust

Çempionlar Liqası

1/8 final mərhələsinin cavab oyunları

23:00. "Yuventus" (İtaliya) - "Lion" (Fransa) - 2:1
Qollar: Depay, 12-pen (0:1), Ronaldo, 43-pen (1:1), 60 (2:1)
İlk oyun - 0:1

23:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 2:1
Qollar: Sterlinq, 9 (1:0), Benzema, 28 (1:1), Xesus, 68 (2:1)
İlk oyun - 2:1

8 avqust

23:00."Barselona" (İspaniya) - "Napoli" (İtaliya)
İlk oyun - 1:1

23:00. "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə)
İlk oyun - 3:0




Tarix: 2020-08-08 08:54:17 Oxunub: 627 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR