Bakıda ikimərtəbəli binada yanğın baş verib - VİDEO

Fövqəladə Hallar Nazirliyi Bakıda ikimərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb.

Newspress.az xəbər verir ki, nazirlikdən verlən xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İzzət Orucov küçəsində ikimərtəbəli binanın ikinci mərtəbəsindəki mənzildə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 




Tarix: 2022-06-17 09:46:54 Oxunub: 329 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR