Türkiyə Superliqasında 14-cü tura start verilib

Türkiyə Superliqasında 14-cü tura start verilib.

Newspress.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. Son çempion "Trabzonspor" "Ankaragücü" səfərində xal itkisi ilə üzləşib. "Alanyaspor" - "Adana Demirspor" matçında isə hesab açılmayıb.

Qeyd edək ki, Superliqanın turnir cədvəlinə 29 xalla "Fənərbaxça" (12 oyun) liderlik edir. "Adana Demirspor" 24 xalla (13 oyun) 3-cü, "Trabzonspor" 23 xalla (13 oyun) 6-cı, "Alanyaspor" 17 xalla (14 oyun) 9-cu, "Ankaragücü" isə 13 xalla (13 oyun) 13-cüdür.

Türkiyə Super Liqası, 14-cü tur

11 noyabr

"Alanyaspor" - "Adana Demirspor" - 0:0

"Ankaragücü" - "Trabzonspor " - 1:1
Qollar: T.Ciğerci, 74 (pen.) - Bardi, 70




Tarix: 2022-11-12 11:30:57 Oxunub: 190 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR