Ronaldo Messi ilə bağlı maraqlı paylaşım edib

Braziliya millisinin sabiq üzvü Ronaldo Argentina millisinin DÇ-2022-nin qalibi olması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Newspress.az xəbər verir ki, o, Argentina yığmasının hücumçusu Lionel Messini ən yaxşı kapitan adlandırıb:

“Heyrətamiz final matçına dünyanın müxtəlif yerlərindən, eyni zamanda, Braziliyadan Messiyə dəstək olmaq üçün gedən insanları gördüm. O, təkcə dünya çempionatının yox, həm də bütöv bir dövrün ən yaxşı kapitanıdır. Dahiyə layiq vida idi. Dieqo Maradonanın da iştirak etdiyi bir ziyafət xəyal edirəm. Braziliyada sizi ürəkdən alqışlayacaq minlərlə insan var”.

Qeyd edək ki, Messi DÇ-2022-də 7 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. O, turnirin ən yaxşı oyunçusu adını qazanıb.




Tarix: 2022-12-19 15:01:18 Oxunub: 212 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR