Portuqaliya millisində baş məşqçi vəzifəsinə namizədlər bəlli olub

Portuqaliya millisində baş məşqçi vəzifəsinə namizədlər bəlli olub.

Newspress.az xəbər verir ki, bunlar hazırda işsiz olan Luis Enrike və Zinəddin Zidandır. Hər iki mütəxəssislə danışıq aparıldığı bildirilib. "Roman"nın çalışdırıcısı Joze Mourinyo isə federasiyanın təklifi ilə razılaşmayıb.

Luis Enrike DÇ-2022-dən sonra İspaniya millisindən ayrılıb. Onun rəhbərliyi altında komanda 1/8 finala yüksəlib, burada penaltilər seriyasında Mərakeşə uduzub. 

Zinəddin Zidan isə 2021-ci ilin yayında "Real"dan ayrıldıqdan sonra işsizdir.




Tarix: 2022-12-26 14:37:21 Oxunub: 222 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR