Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.
Newspress.az xəbbər verir ki, mundialın altıncı gündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.
74 kq çəkidə qüvvəsini sınayan Eltac Qafarov 1/16 finalda Vasilliy Peruniçiçlə (Monteneqro) üz-üzə gəlib. Döyüş taekvondoçumuzun 2:0 hesablı qələbəsi ilə başa çatıb. O, 1/8 finalda norveçli Sebastian Tune ilə döyüşəcək.
62 kq-da qüvvəsini sınayan Fatimə Məcidova da mundailda debüt görüşünə 1/16 finaldan başlayıb. İtaliyalı Kristina Kaspa ilə döyüşən təmsilçimiz məğlubiyyətə üzülüb.
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.
Tarix: 2023-06-03 12:58:02 Oxunub: 222 dəfə