"Gözəl və əzəmətli gün - 8 noyabr" - Vüqar İskəndərov

“8 noyabr Zəfər bayramı... Bu tarix necə də gözəl və əzəmətli səslənir. Çünki biz yüz illərdir xalq olaraq zəfər gününə, qələbə sevincinə, babalarımızdan qalan yurd-yuvalarımıza sahib çıxmaq hissinə həsrət idik. Budur, həmin günləri biz artıq yaşayırıq. Ali Baş Komandan İlham Əliyevin iradəsi, ordumuzun gücü, xalqımızın birliyi bütün dünya azərbaycanlılarına qürurlu bir tarix yaşatdı”. 

Bunu newspress.az saytına açıqlamasında deputat Vüqar İskəndərov deyib.

 “İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Ulu Öndər Heydər Əıiyevin həmişə çıxışlarında xalqımıza “o torpaqlara mütləq qayıdacağıq” deyə etdiyi xitabları onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev reallaşdırdı. 27 il ərzində Azərbaycan bütün danışıqlarda öz prinsipiallığını daim qorudu və sübut etdi ki, vətənimizin bir qarışını belə düşmənə güzəştə getməyə fikrimiz yoxdur. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb. Qarabağ məsələsinin həllində ölkə rəhbərinin xarici siyasəti də çox mühüm rol oynayırdı. Azərbaycanın illərlə xarici siyasətdə sərgilədiyi mövqeyi ona çoxlu dost ölkələr qazandırdı. Ermənistandan fərqli olaraq Azərbaycan göstərdi ki, o artıq regional gücə çevrilir və bütün proseslərdə söz sahibi olmaq iqtidarındadır. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi. Əlbəttə qazanılan zəfərin bir çox komponentləri var ki onları saymaqla bitməz. Bu bir daha göstərir ki, prezident İlham Əliyevin 20 il ərzində apardığı siyasət bütün sahərəli əhatə edib. “Dəmir yumruq” əməliyyatının ilk saatlarından hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi”.




Tarix: 2023-11-11 17:28:22 Oxunub: 192 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR