Avro-2024-də iştirak edəcək komandalardan 20-si müəyyənləşib

2024-cü il Avropa çempionatının final turnirində iştirak edəcək 24 komandadan 20-si müəyyənləşib.

Newspress.az xəbər verir ki, Fransa, Belçika, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan, Slovakiya, Albaniya, Danimarka, Niderland, İsveçrə, Rumıniya, Serbiya, İtaliya, Çexiya Sloveniya, eləcə də turnirin təşkilatçısı kimi Almaniya Avro 2024-ə vəsiqə qazanıb.

Daha dörd iştirakçı pley-offun nəticələrinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.




Tarix: 2023-11-21 11:09:34 Oxunub: 48 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR