AFFA Canni de Byazi ilə müqavilənin müddətini artırmayacaq

Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi ilə müqavilənin müddəti uzadılmayacaq.

Newspress.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.

Bu gün keçirilən fövqəladə iclasda italiyalı futbol mütəxəssisin hesabatını dinləyən komitə onun gələcək taleyini müzakirə edib. De Byazinin fəaliyyətini qənaətbəxş saymayan AFFA onunla müqaviləni uzatmamağa üstünlük verib.

Qeyd edək ki, De Byazi 2020-ci ilin iyulundan millimizi çalışdırırdı.




Tarix: 2023-11-22 12:10:48 Oxunub: 50 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR