"Kəlbəcərin şəhər gününü qürur və fəxarətlə qeyd edirik" - DEPUTAT

“Kəlbəcərin işğaldan azad olunması prezident İlham Əliyevin hərb sahəsi ilə yanaşı diplomatiya sahəsində də necə müdrik şəxsiyyət olduğunun göstəricisidir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib”.
Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib. 
“Xatirinizdədirsə, üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Bu da bir daha bu barbarların daxili xislətini göstərdi. Biz isə Kəlbəcərə qayıdan andan doğma torpağımızı cənnətə çevirməyə başladıq. Bu gün orada görülən işlər gücümüzün təcəssümüdür. İstər yaşayış məskənlərinin salınması, istər infrastrukturun yenilənməsi və tikilməsi Azərbaycanın necə sağlam bir iqtisadiyyata sahib olmasını göstərir. Artıq biz hər il tarix durduqca Kəlbəcərin şəhər gününü qürur və fəxarətlə qeyd edəcəyik”.




Tarix: 2023-11-24 19:52:07 Oxunub: 128 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR