"İraqla Azərbaycan arasındakı əlaqələrdə yeni səhifə açılır" - DEPUTAT

“İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri əlbəttə ki ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına töhvə verəcək. Əməkdaşlığımızın növbəti mərhələsində ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılacaq”. 
Bunu newspress.az saytına açıqlamasında deputat Vüqar İskəndərov deyib. 
“İki ölkə rəhbərinin mətbuata verdiyi bəyanatda prezident İlham Əliyevin də qeyd etdiyi kimi İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında iki ölkə hər zaman bir-birini dəstəkləyir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir. Bəyanatda da qeyd olunduğu kimi Azərbaycan torpaqlarının işğal olunması faktı ilə qarşılaşıb və bunun nə demək olduğunu çox yaxşı bilir. Ona görə də biz tapdalanmış haqqımızı məhz döyüş meydanında geri qaytarmaqla torpaqlarımızı işğaldan azad etdik. Bu bir həqiqətdir ki, faktiki olaraq sıfır nəticələrə gətirib çıxarmış müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək torpaqlarını işğaldan azad etdi. Ancaq Ermənistan başına endirilən dəmir yumruqdan yenə nəticə çıxarmayaraq Azərbaycan ərazilərində separatçı qüvvələrin olmasını dəstəkləyirdi. Ümid edirdik ki, Ermənistan öz öhdəliklərinə əməl edəcək və hərbi kontingentinin qalan hissəsini Azərbaycan ərazisindən çıxaracaq, lakin bu, baş vermədi. 3 il sonra yenidən antiterror əməliyyatı ilə biz düşməni məhv etdik. Bu əməliyyat 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı. Cənab prezident düzgün vurğuladı ki, Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə Azərbaycan tərəfindən aparılmış antiterror tədbiri mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərdən ölkəmiz örnək hesab olunmalıdır. Dağlıq Qarabağdakı qeyri-qanunu rejimin süqutu ilə biz suverenliyimizi bərpa etdik və indi Azərbaycan Bayrağı ərazimizdə hər yerdə dalğalanır”.




Tarix: 2023-11-24 19:58:11 Oxunub: 56 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR