Bakıda əsən güclü külək 3 nəfərin xəsarət almasına səbəb olub

Bakıda əsən güclü külək 3 nəfərin xəsarət almasına səbəb olub.

Newspress.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd APA-ya açıqlaqmasında bildirib ki, həmin şəxslər mərkəzə yerləşdirilib.

"Külək onlardan birinin başına yük maşının arxa qapısını çırpıb, nəticədə alın nahiyəsinin çapılmış zədəsi, 1 nəfərin başına ağac, digər şəxsin üzərinə isə dəmir parçası düşməsi nəticəsində başın küt travması qeydə alınıb.

Mərkəzə gətirilən hər üç şəxsə ilkin tibbi yardım göstərilib. Birinin xəstəxanada müalicəsi, digər iki şəxsin evə buraxılması nəzərdə tutulub" - məlumatda qeyd edilib.




Tarix: 2023-11-27 15:29:29 Oxunub: 76 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR