ADA Universiteti Şəkidə Dizayn və memarlıq fakültəsinin açılışını edib

ADA Universiteti İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Şəkidə Milan Politexnik Universiteti ilə birgə Dizayn və memarlıq fakültəsinin açılışını edib.

Newspress.az xəbər verir ki,  tədbirdə ,Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, ADA Universitetinin rektoru Hafiz Paşayev, Elm və Təhsil naziri Emin Əmrullayev, Mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Milli Məclisin deputatları Vüqar İskəndərov, Cavanşir Feyziyev, dövlət, özəl və akademik qurumların təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və Milan Politexnik Universitetinin nümayəndə heyəti iştirak ediblər.

Fakültənin açılış mərasimi görkəmli Azərbaycan maarifçisi Firudin bəy Köçərlinin missiya yoldaşı Badisəba xanımın Şəki ictimaiyyətinə xidmət göstərdiyi keçmiş uşaq evində - Zülfüqarovların malikanəsində, ADA icması üçün ilham mənbəyi olan məkanda keçirilib.

 




Tarix: 2023-11-29 12:35:56 Oxunub: 414 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR