"Son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib" - DEPUTAT

“Bu gün Azərbaycanın iqtisadiyyatı elə bir səviyyəyə çatıb ki, neft və qaz sektorundan asılılıq kifayət qədər azalıb. Bu baxımdan iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. İqtisadiyyatımız şaxələnib. Nəticədə son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib”.
Bunu newspress.az saytına açıqlamasında deputat Vüqar İskəndərov deyib. 
“Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibə zamanı bir daha qeyd etdi ki, düşünülmüş şəkildə aparılan siyasətin nəticəsidir ki, son 20 ildə yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə qədər enib. Əlbəttə bu böyük göstəricidir. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb. Ölkəmizin iqtisadi vəziyyətinin qənaətbəxş olması nəticəsində xarici borcun səviyyəsi hər il azalır. Bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Ölkəmizin qarşısında indi daha böyük hədəflər durur. Hazırda əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Cənab prezidentin də vurğuladığı kimi 2026-cı ilin sonunadək 140 min insanın işöaldan azad olunmuş ərazilərə yerləşdirilməsi planlaşdırılır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır. Bunu da biz bacaracağıq. Çünki işğal dövründə belə iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Genişmiqyaslı iqtisadi islahatlar aparılır ki, büdcədə daha çox vəsait toplansın. Gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirilib. Nəticə isə budur ki, hazırda Azərbaycan bütün problemlərini öz gücünə həll etmək iqtidarındadır”.




Tarix: 2023-12-16 21:49:33 Oxunub: 178 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR