"Suverenliyimizin bərpası xalqımızın yaddaşında əbədi qalacaq" - DEPUTAT

“2023-cü il ölkəmizin həyatında bir çox önəmli hadisələrlə yadda qaldı. Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq. Biz tarix durduqca bu günləri yaşatdığı üçün Ali Baş Komandanımız İlham Əliyevə minnətdar olacağıq”. 

Bunu newspress.az saytına açıqlamasında deputat Vüqar İskəndərov deyib 

“Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində sadaladığı faktlar bir daha göstərdi ki, 2023-cü il ölkəmiz üçün olduqca uğurlu və məhsuldar il olmuşdur. 1 günlük antiterror əməliyyatı zamanı Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etməsi, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması, düşmən ordusunun məhv edilməsi, düşmənin hərbi texnikasının qənimət kimi götürülməsi kimi faktlar bizim post müharibə dövründə də gücümüzü göstərdi. Prezident İlham Əliyev bütün dünyaya sübut etdi ki, müharibədən çıxmağımıza baxmayaraq, Azərbaycan əvvəlkindən daha güclü və qüdrətli bir dövlətdir. Biz heç kimdən asılı deyilik. Müstəqil iqtisadiyyat bizə imkan verir ki, heç bir beynəlxalq maliyyə institutundan asılı olmayaq və öz işimizi özümüz görək. Həyata keçirilən islahatlar bizə imkan verir ki, biz daim irəliləyək. Artıq Azərbaycan beynəlxaq müstəvidə də özünü təsdiqləmiş bir dövlətə çevrilib. Cənab prezidentin rəhbərliyi ilə 2024-cü ildə Azərbaycanı daha böyük uğurlar gözləyir. Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələrinin yekdil qərar qəbul etməsi nəticəsində COP29 Azərbaycanda keçiriləcək. Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Artıq bu bir reallıqdır ki, Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir və Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilib - 230 meqavat gücündə günəş elektrik stansiyası artıq bizim enerji sistemimizə tam inteqrasiya edilib”.
Deputat qeyd edib ki,  quruculuq işləri 2024-cü ildə də davam edəcək. Prezidentin vurğuladığı kimi 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. İl ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Bütün bu uğurların fonunda biz əminliklə deyə bilərik ki, 2024-cü il də ölkəmiz üçün yüksəliş dövrü kimi yadda qalacaq”.




Tarix: 2024-01-02 17:24:08 Oxunub: 172 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR