İsrail rəsmiləri HƏMAS-la danışıqlar üçün Qahirəyə gedib

Yüksək səviyyəli İsrail nümayəndə heyəti HAMAS tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlar aparmaq üçün yanvarın 8-i axşam Qahirəyə gedib.

Newspress.az  xəbər verir ki, bu barədə "Al-Araby Al-Jadid" qəzeti misirli mənbəyə istinadən yazıb.
Qeyd edək ki, girovların azad olunması ilə bağlı danışıqlar HAMAS-ın siyasi qanadının rəhbərinin müavini Saleh əl-Arurinin bir həftə əvvəl Beyrutda öldürülməsindən sonra dayandırılmışdı.Xatırladaq ki, oktyabrın 7-də HAMAS İsrailin cənubuna gözlənilməz hücum edərək 1200-dən çox israillini qətlə yetirib, 240-dan çox israillini girov götürüb. Girov götürülənlərin əksəriyyəti mülki şəxslərdir. Qətərin vasitəçiliyi danışıqlar nəticəsində girovların bir qismi sərbəst buraxılsa da hələ də Qəzzada girov saxlanılanlar var.




Tarix: 2024-01-09 12:00:19 Oxunub: 173 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR