Şəmkirdə 3 otaqlı fərdi yaşayış evi yanıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

Newspress.az xəbər verir ki, FHN-dən  verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının üçotaqlı fərdi yaşayış evində baş verdiyi və bitişik yerləşən evə hər an keçə biləcəyi müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində fərdi yaşayış evində baş vermiş yanğın qısa müddətdə söndürülərək bitişik evə keçməsinə imkan verilməyib.

Hadisə nəticəsində yanğın baş vermiş fərdi yaşayış evi 60m² sahədə yanıb, ümumi sahəsi 250m² olan bitişik ev yanğından mühafizə olunub.




Tarix: 2024-01-11 10:24:26 Oxunub: 121 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR