"Google" əməkdaşları 2021-ci ilə qədər evdən işləyəcəklər

"Google" şirkəti 2020-ci ildə başlayan evdən işləmə siyasətini 2021-ci ilə qədər uzadacağını açıqlayıb.

Daha əvvəl əməkdaşlarının 1 iyun tarixinə qədər evdən işləyəcəklərini söyləyən şirkətin icraçı direktoru Sundar Piçay ötən gün bu siyasətin gələn ilin sonlarına qədər davam edəcəyini açıqlayıb.

Sundar Piçayın sözlərinə görə, məsafədən işləməsi mümkünsüz olan əməkdaşlar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi şərti ilə, iyun və ya iyul ayına kimi ofisə qayıda biləcəklər. Lakin "Google" əməkdaşlarının böyük hissəsi ilin sonuna qədər evdən işləməyə davam edəcəklər.

Xatırladaq ki, 2 gün əvvəl "Facebook" şirkəti də ilin sonuna qədər əməkdaşlarının evdən işlərini davam etdirəcəklərini elan etmişdi




Tarix: 2020-05-09 18:33:40 Oxunub: 3656 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR